Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən sevgisilə böyüyürük” adlı maarifləndirici ekskursiya

11.06.2026

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Vətən sevgisilə böyüyürük” adlı maarifləndirici ekskursiya təşkil olunub. Tədbir Masallı rayon Yeddioymaq kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib. Muzeyin əməkdaşı Heyran Lələyeva çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyəti, vətənpərvərlik dəyərləri və gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyi barədə ətraflı məlumat verib, şagirdlərə tövsiyələrini çatdırıb. Ekskursiya zamanı məktəblilər Masallı bölgəsinin tarixi, görkəmli ziyalıları, Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz, eləcə də xalqımızın zəngin adət-ənənələri haqqında məlumatlandırılıblar. Muzey eksponatları ilə yaxından tanış olan şagirdlər tariximizi və milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələrə böyük maraq göstəriblər. Tədbirin əsas məqsədi məktəblilərdə vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq hissinin daha da gücləndirilməsi olub.