Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lerikdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

12.06.2026

İyunun 12-də Lerik rayon Mədəniyyət Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və YAP Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun: Xilasdan inkişafa” adlı görüş keçirilib. Tədbirin məqsədi gənclər arasında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin və siyasi irsinin öyrənilməsi olub. Lerik rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə, çıxış edənlər 15 İyun tarixinin Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni ictimai-siyasi böhrandan və vətəndaş qarşıdurması təhlükəsindən xilas edib. Həmçinin vurğulanıb ki, bu qayıdışdan sonra Azərbaycanda sabitlik bərqərar olub, dövlət müstəqilliyi möhkəmlənib və inkişafın əsası qoyulub. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Sonda gənclər mövzu ilə bağlı suallar ünvanlayaraq, çıxış edənlərlə fikir mübadiləsi aparılıb.