Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların bayramı münasibətilə Yardımlıda ekskursiya təşkil olunub

01.06.2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəblilər Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ziyarət zamanı şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olub, onun dövlətçilik fəaliyyəti və uşaqlara göstərdiyi diqqət barədə məlumat əldə ediblər. Mərkəzdə nümayiş olunan eksponatlar və fotoşəkillər maraqla qarşılanıb. Maarifləndirici xarakter daşıyan ekskursiya şagirdlər üçün yaddaqalan olub və onlar bayram gününü xoş təəssüratlarla başa vurublar.