Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı Harayı”

20.02.2019

R.Tağıyev adına Tarix Diyarşünaslıq muzeyində Xocalı Soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı “Xocalı Harayı” mövzüsunda Masallı Dövlət Regional Kollecin tələbələri, YAP Masallı rayon təşkilatın,mədəniyyət işçilərin iştirakı ilə birgə tədbir keçirildi. 
         Muzeyin direktoru Tağıyeva Xocalı soyqırımı zamanı həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad edməklə tədbiri açıq elan etdi.Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqrım tarixdə analoqu çox az olan hadisələrdən biri kimi qiymətləndirərək,heç vaxt unutmamağa çağırdı.
Soyqırım haqqında ətraflı məlumatı gənc nəsillərə çatdırmaq üçün muzeyin elmi işçisi Həbib Ağayev məruzə etdi.


         Tədbirdə həmçinin Masallı Ağsaqqallar şurasının sədri Ə. Niftiyev, Masallı rayon MƏSQVŞ sədri M.Şiriyev,QMƏV və Şəhid Ailələri İctimai Birliyinin Masallı Rayon filalının sədri N.Rəhimov,Şuşadan köçkün olan şəhər 4 saylı məktəbin hərbi müəllimi R.Abbasov çıxış edərək ermənilərin, keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhər əhalisinə hücum etmələrini,günahsız körpələri ,qocaları,qadınları vəhşicəsinə,amansızca qətlə yetirmələrindən danışdılar.
Natiqlər tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq,üçrəngli bayrağımız Şuşada,Xocalıda sancılacağını soylədilər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər.
Tədbirin sonunda uşaqların ifasında ədəbi-bədii kompazisiya göstərildi və muzeyin ekspozisiyasında Xocalı soyqırımını özündə əks etdirən foto sərgiyə baxış keçirildi.
Allah şəhidlərimizə rəhmət eləsin.