09.07.2024
Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin, Astara Dövlət Rəsm Qaleriyasının, şəhid ailələrinin, C.Babayev adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə I Qarabağ müharibəsi şəhidi Əhmədov Mahmud Harun oğlunun, II Qarabağ müharibəsi şəhidləri Feyziyev Əli Malik oğlunun, Eyvazov Rəşad Babək oğlunun və Qasımov Baba Əhməd oğlunun doğum günlərinə həsr olunmuş “Şəhidlərimiz qəlbimizdə yaşayır” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova geniş məruzə ilə cıxış edərək qeyd edib ki, Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun ki, torpağlarimız qaytarıldı, ərazi bütövlüyümüz bərpa olundu, və bayrağımız bu kimi oğulların qanı və qəhramanlığı sayəsində azad olunmuş ərazilərdə qürurla dalğalanır.Bu kimi qəhramanların sayəsində biz də bayrağımıza qururla baxırıq.
Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Mövzu ətrafında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin əməkdaşı Nadirə Dadaşova, II Qarabağ müharibəsi iştirakçıları Ramazan Dadaşov, Turan Hacıyev, Baloğlan Xudadatov, Hamlet Hamletzadə fikirlərini ifadə ediblər.
Yekunda tədbir iştirakçıları Astara rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən və mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan ibarət sərgiyə baxmış keçiriblər.