Hal-hazirda fəaliyyət göstərən Astara Tarix-Diyarşinaslıq muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir. Rəsmi olaraq Astara Tarix-Diyarşünaslıq muzeyi 4 Yanvar 1980–cı il tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.
Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir.
Muzey üç şöbə və altı bölmədən ibarətdir.
1. Təbiət və Orta əsrlər bölməsi .
2. Milli Mədəniyyət İnqilab bölməsi .
3.Müharibə bölməsi vəMüasir həyat bölməsi .
Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Ə. İmaməliyev toplayıcılıq yolu ilə və rayon ziyalılarının, müxtəlif peşə sahiblərinin tərəfindən muzeyə hədiyə edilmişdir.
Hal-hazırda muzeyin əsas fondu 7.775 ədəd eksponat təşkil edir. Muzeyin ekspozisiyasında 2004 ədəd eksponat nümaiş olunur.
(025) 225 14 86
astara_muzeyi@mail.ru