07.03.2018
Cəlilabad rayon MKS-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin göstərişinə əsasən Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqəni münsiflər heyəti qiymətləndirirdi. Münsiflər heyətini şair Gülbala Teymur, şair Mirkamil Mirxəliloğlu, Azərbaycan Dövlət Pedaqoji Universtitinin Cəlilabad filialının dil-ədəbiyyat müəllimi Tofiq İsgəndərov, MKS-in oxu zalının müdiri Cahangir Muradov təmsil edirdi. Müsabiqədə məktəb şagirdləri iştirak edirdi.
Tədbirdə 1-ci yerin qalibinə və digər üç həvəsləndirici yer üçün Cəlilabad MKS-in fəxri fərmanları və Mədəniyyət işçiləri həmkarlar təşkilatının pul mükafatları təqdim edildi.
Birinci yerin qalibi şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Quliyeva Vüsalə Altay qızı oldu.