Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Xocalı soyqırımı yad edildi

26.02.2018

Bu gün Yardımlı  rayon Şəhidlər xiyabanında Xocalı faciəsinin 26 - cı ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyəti, idarə və müəssisədə çalışan işçilər, gənclər və məktəblilər iştirak etdilər. Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin iştirakı ilə  “Xocalı əsrin faciəsi”, “Xocalıya gedən yol” başlığı ilə kompazisiyadan səhnəciklər göstərilmiş,  Əlisəfa Əhmədoğlu və qəsəbə 1 saylı orta məktəbin şagirdlərinin ifasında  faciəyə həsr edilmiş şer parçaları səsləndirilmişdir. Matəm musiqisinin sədaları altında rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə işçiləri, məktəblilər və rayon sakinləri Şəhidlər Xiyabanını ziyarət etdilər.