22.02.2018
22 fevral 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov Xocalı faciəsi haqqında danışaraq, tariximizə qanlı hərflərlə yazılmış bu acı günlərin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini bildirdi. Daha sonra Xidmət şöbəsinin müdiri Gülər Piriyeva, Oxu zalının böyük kitabxanaçısı Həbibə Hüseynova və digərləri çıxış edərək soyqırım nəticəsində müxtəlif yaşlı insanların vəhşicəsinə həlak olduğunu, şəhərin bütünlüklə yerlə-yeksan edildiyini bildirdilər. Tədbirdə iştirak edən İsgəndərli orta məktəbinin 2 və 6-cı sinif şagirdləri Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyib, səhnəciklər nümayiş etdirdilər.