Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalısız 26 il”

24.02.2018

Fevralın 24-də Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar Masallı rayon Qəhrənamlan parkında rayon ictimaiyyəti, ziyalılar, məktəblilər, müəssisə və İdarə rəhbərləri böyük izdihamla anım mərasiminə toplandılar. Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov başda olmaqla rayonun bir qrup ziyalıları Xocalı soyqırımında həlak olanların xatirəsinə ayrılmış məkana tər gül çiçəklər qoydular. Masallı Xalq Teatrının hazırladığı “Xocalısız 26 il” adlı ədəbi-bədii kompozisiyası nümayiş olundu. Daha sonra isə böyük izdiham gül qoyma mərasimində iştirak etdi.