Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölməzliyə gedən yolun işığında

09.02.2018

R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq muzeyində 9 fevral tarixində “ Ölməzliyə gedən yolun işığında” başlığı altında Qarabağ vuruşunda şəhid olmuş Tüklə,Məmmədoba, Kubin,Miyankü,Hişkədərə kənd şəhidlərin xatirəsinə həsr edilmiş  tədbir keçirildi.Tədbirdə rayon ziyalıları,ümumtəhsil məktəblərin  sağirdləri,şəhid ailələri,mədəniyyət işçiləri iştirak etdilər. Muzeyin elmi işçisi D. Məmmədova adı çəkilən kəndlərin şəhidlərin həyatı  haqqda geniş məruzə etdi. Rayon Veteranlar Şurasının sədri M. Şiriyev,DQİÜDK-baş məsləhətçisi K.Bağırov çıxışlarında şəhidləri yad edərək, gələcək nəsillərə ,gələcəyin  əsgərlərinə vətənpərvər olmaqlarını,təhsilə önəm verməklərini,milli-mənəvi dəyərlərimizi ,ananı,vətənini sevdiklərini  tövsiyə etdilər Səhidlərimizin adlarının  əbədiləşməsi,unudulmaması və hər birimizin onların qoydugu yolun düzğün davamçıları olmağımızdan ötrü üzərimizə düşən işi vətənpərvərliklə həyata keçirməyi arzu etdilər.Şəhid ailələrindən şəhid Əli İbadovun qardaşı Əvsər İbabov,Mehdiyev Söhrab Əliş oğlunun bacısı Mehribam xanım çıxışlarında öz şəhid qardaşları ilə fəxr etdiklərini və belə tədbirlərin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdilər.Tədbirinin sonunda qonaqlar muzeyin ekspozisiyası zalında şəhidlərin əşyalarından təşkil olunmuş sərgiyə baxış keçirtdilər.