Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımı

13.02.2018

13 fevral  2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi ilə birgə  Xocalı soyqırımının ildönümününə həsr olunan  “Xocalı soyqırımı: XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov tədbir iştirakçılarına Xocalı soyqırımı haqda məlumat verdi. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov öz fəaliyyətləri haqqında məlumat verərək Azərbaycanda bütün sahələrə dövlət qayğısının olduğunu, bu sahələrin sürətlə  inkişaf etdiyini və buna görə də ölkə başçısı İlham Əliyevə minnətdar olduqlarını bildirdi. O, Xocalı faciəsi haqda öz fikirlərini söyləyib, şəhidlərin, günahsız körpələrin tökülən qanlarının yerdə qalmayacağını qeyd etdi.  Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirildi.