Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyətimiz və Folklorumuz

12.02.2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Regionlarda Mədəniyyətimizin və Folklorumuzun İnkişafı” adlı pilot layihəsi çərçivəsində 2018-ci il fevralın 12-də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ Folklor kollektivi Masallı Rayon Mədəniyyət Mərkəzində “Qədim Qəbələ Tarixinə səyahət” adlı foklor tamaşa ilə çıxış etdi. Bu layihə istiqamətindəki ilk tədbir idi ki, Masallı rayonundan başlayırdı. Təşkilatçı Mətin Ələkbərli layihə barədə iştirakçıları məlumatlandırdı. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova və bir neçə iştirakçı, tamaşaçılar tərəfindən alqışılarla qarşılanan bu folklor nümunəsinin yaradıcı heyətinə təşəkkürlər ünvanladılar.