Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda 20 yanvar faciəsi anıldı

20.01.2018

Yardımlı  rayon Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin28- ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin iştirakı ilə səhnəciklər göstərilmiş, faciəyə həsr edilmiş şer parçaları səsləndirilmişdir. Matəm musiqisinin sədaları altında rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisə işçiləri, məktəblilər və rayon sakinləri Şəhidlər Xiyabanını ziyarət etdilər.