Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

And yerimiz şəhidlər

19.01.2018

19 yanvar 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında 20 yanvar fasiəsinə həsr olunmuş tədbir keçrilidi.  S.Tağıyev adına Digah 4 saylı tam orta məktəblə birgə təşkil olunan tədbirdə çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov  20 yanvarın təkcə insanlığın  faciəsi  deyil, xalqımızın qəhrəmanlıqla  dolu tarixinin növbəti şanlı səhifəsi olduğunu bildirdi. O, şəhidlərin  meydanda  göstərdiyi  böyük cəsarət və şücaətin  gələcək nəsillərə  nümunə olduğunu  vurğuladı. Məktəblilər Azərbaycan marşının sədaları altında,əllərində üçrəngli bayraq səhnəyə daxil oldular .Sonra.şagirdlər  “And yerimiz şəhidlər”  adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.  Aslan Abuşov, Mübariz Kazımlı, Fatimə Əliyeva, Təranə Abbasova və digər şagirdlər Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar, “Şəhidliyin sirrini öyrət mənə” şeiri,   vətən, xalq, şəhidlər haqda şeir nümunələri söylədilər. Tədbirin sonunda  monitor vasitəsilə Prezident İlham Əliyevin 20 yanvar faciəsi, xalqımızın qəhrəmanlığı haqda fikirləri səsləndirildi.