Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni il, yeni arzularla

27.12.2017

27 dekabr 2017-ci il  tarixdə Cəlilabad rayon Mərkəzi  Kitabxanada 31 dekabr “Dünya azərbaycanlıların Həmrəyliyi günü” və “Yeni il” münasibətilə  “Yeni il, yeni arzularla” adlı bayram şənliyi keçirildi. Şənlikdə rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərov, yazıçı publisist Meyxoş Abdullah, şair Mirkamil Mirxəliloğlu, Azərbaycan Pedaqoji Universitetin, Tibb Kollecinin tələbələri, 8 saylı məktəb-liseyin və 2 saylı tam orta məktəbin  şagirdləri iştirak edirdilər. Tədbirdə iştirak edən  qonaqlar iştirakçıları bayram münasibətilə təbrik etdilər.

Şənlikdə mahnılar, rəqslər ifa olundu, yumoristik səhnəciklər nümayiş etdirildi və şeirlər söyləndi.

       Şənliyin sonunda il ərzində Cəlilabad rayon MKS-in tədbirlərində fəallıq göstərən şagird və tələbələr, fəal oxucular Fəxri Fərmanla təltif edildilər.