27.12.2017
27 dekabr 2017-ci il tarixdə Cəlilabad Rayon İcra hakimiyyətinin və Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən "Tut bağı" restoranında 31 dekabr “Dünya azərbaycanlıların Həmrəyliyi günü” və “Yeni il” münasibətilə ümumrayon bayram şənliyi keçirildi. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısi cənab Əziz Əzizov, hüquq-mühafizə orqnlarınin rəhbərləri, ıdarə və müəssisələrin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçisi cənab Əziz Əzizov açaraq iştirakçıları bayram münasibətilə təbrik etdi.
Sonda şənlik Cəlilabad rayonu üzrə ňümayəndəliyin "Həməşərə" ansamblının hazırladığı əyləncəli konsert proqramı ilə davam etdi.