22.07.2026
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 22 İyul – Milli Mətbuat Gününə həsr olunmuş "Mətbuatımız və milli dəyərlərimiz" mövzusunda tədbir keçirilib.Tədbirdə milli mətbuatın inkişaf yolu, medianın cəmiyyətin maariflənməsində və milli dəyərlərin qorunmasında rolu, eləcə də müasir dövrdə peşəkar jurnalistikanın əhəmiyyəti barədə danışılıb. Həmçinin informasiya məkanında milli maraqların qorunmasının vacibliyi vurğulanıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.