Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

31.07.2026

İyulun 31-də Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə "Ana dilimiz – milli kimliyimizin aynası" mövzusunda dəyirmi masa təşkil olunub. Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin əsas daşıyıcısı olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində müəyyən etdiyi siyasət bu gün də uğurla davam etdirilir. Çıxışlarda bildirilib ki, "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və düzgün istifadəsinin təşviqi mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, ana dilimizin saflığının qorunmasının, zənginləşdirilməsinin və cəmiyyətin bütün sahələrində düzgün tətbiqinin hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb. Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.