Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Anar Novruzovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

17.07.2026

İyulun 16-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşləri şəhidi Anar Gülverdi oğlu Novruzovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş “Vətən uğrunda yazılan ömür” mövzusunda anım tədbiri keçirilib.Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, gənclər və media təmsilçiləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda şəhid Anar Novruzovun həyat yolu, Vətənə sədaqəti və Tovuz döyüşlərində göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Qeyd edilib ki, şəhidlərin əziz xatirəsinin daim ehtiramla anılması, onların döyüş yolunun gələcək nəsillərə çatdırılması və gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, Tovuz döyüşlərində nümayiş etdirilən igidlik 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mənəvi əsaslarını formalaşdıran mühüm amillərdən biri olub. Həmçinin şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğı vurğulanıb. Tədbirin sonunda Anar Novruzovun xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.