Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

26.06.2026

İyunun 24-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi və Yardımlı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolu barədə ətraflı məlumat verilib. Daha sonra mövzu ilə bağlı sənədli film nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılar üçün Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil olunub. Qonaqlara muzeydə qorunan eksponatlar, eləcə də rayonun zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat verilib.