Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

26.06.2026

İyunun 25-də Lerik Rayon İcra Hakimiyyətinin və rayonun mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşları, mədəniyyət və təhsil işçiləri, eləcə də rayon gəncləri iştirak ediblər. Çıxışlarda narkomaniyanın insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətə vurduğu zərərlərdən, narkotik vasitələrdən istifadənin hüquqi və sosial nəticələrindən bəhs olunub. Həmçinin narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti, gənclərin zərərli vərdişlərdən uzaq tutulmasının vacibliyi və sağlam həyat tərzinin təbliğinin önəmi vurğulanıb.