Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

26.06.2026

İyunun 25-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda maarifləndirici görüş keçirilib. Görüş çərçivəsində narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin doğurduğu ağır nəticələrdən və sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin gücləndirilməsi, xüsusilə gənclərin zərərli vərdişlərdən uzaq tutulması mühüm əhəmiyyət kəsb edir. Həmçinin ölkəmizdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb, bu istiqamətdə dövlət tərəfindən görülən işlərin cəmiyyətin sağlam inkişafına xidmət etdiyi vurğulanıb. Qeyd edək ki, görüş Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Yardımlı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.