27.06.2026
İyunun 26-da Lerik rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Narkоmaniyaya və Narkоbiznеsə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə gənclər arasında maarifləndirmə aksiyası keçirilib. Aksiya çərçivəsində gənclərə maarifləndirici bukletlər paylanılıb, narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə mənfi təsirləri, həmçinin onların qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr barədə məlumat verilib. Aksiyanın məqsədi gənclərdə sağlam həyat tərzinin təşviqi və narkomaniyanın zərərli təsirləri barədə məlumatlılığın artırılması olub.