01.07.2026
İyunun 30-da Astarada mədəniyyət işçiləri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Cəmil Qurbanzadə, Nurlan Rəhimov və Əli Feyziyevin ailələrini ziyarət ediblər. Görüş zamanı şəhidlərin şərəfli ömür yolu və Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib, eyni zamanda şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlara ərzaq bağlamaları təqdim edilib. Daha sonra şəhidlərin məzarları ziyarət olunaraq, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib. Qeyd edək ki, görüş Astara rayon Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Astara rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.