06.07.2026
İyulun 6-da Lerik rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Mədəniyyəti–2040" Konsepsiyası çərçivəsində "Müasir irs və çağırışlar: yeni konsepsiyanın yol xəritəsi" mövzusunda dəyirmi masa keçirilib. Görüşdə konsepsiyanın əsas hədəfləri, mədəni irsin qorunması və təbliği, müasir dövrün çağırışları, rəqəmsallaşma prosesləri, yaradıcı sənayelərin inkişafı, eləcə də regionlarda mədəni mühitin zənginləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin çıxış edənlər milli-mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb, konsepsiyanın həyata keçirilməsində mədəniyyət müəssisələrinin rolu və qarşıda duran vəzifələrdən danışıblar. Müzakirələr zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı təklif və tövsiyələr səsləndirilib. Qeyd edək ki, görüş Lerik rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilib.