Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan hüquqları və hüquqi maarifləndirmə” adlı tədbir keçirilib

12.06.2026

İyunun 12-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “İnsan hüquqları və hüquqi maarifləndirmə” adlı tədbir keçirilib. Tədbirin məqsədi hüquqi biliklərin təbliği və cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılmasına töhfə vermək olub. Tədbirdə çıxış edən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov insan hüquqlarının qorunmasının əhəmiyyəti, hüquq və azadlıqların təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də hüquqi maarifləndirmənin cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Yeniyetmə və gənclərin iştirak etdiyi tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.