Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Milli Qurtuluş Gününə həsr olunmuş sərgi və seminar keçirilib

10.06.2026

İyunun 10-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş sərgi və seminar təşkil edilib.Tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar nümayiş olunub. Daha sonra Milli Qurtuluş Günü mövzusunda seminar keçirilib və mövzu ilə bağlı film izlənilib. Eyni zamanda şagirdlərin iştirakı ilə Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yeri və əhəmiyyəti barədə geniş müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib.