14.06.2026
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə aparan yol” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti, ölkədə ictimai-siyasi sabitliyin bərpası və müstəqil Azərbaycanın inkişafı istiqamətində gördüyü mühüm işlər barədə ətraflı məlumat veriblər. Çıxışlarda bu tarixi günün Azərbaycanın tərəqqisi və bugünkü uğurlarının təməlini təşkil etdiyi diqqətə çatdırılıb. Bədii hissədə Milli Qurtuluş Gününə, Ümummilli Lider Heydər Əliyevə və Vətənə həsr olunmuş musiqi nömrələri, rəqslər və şeirlər təqdim olunub.