Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri” mövzusunda tədbir təşkil olunub

05.06.2026

İyunun 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərpası və dövlətçiliyin qorunması istiqamətində gördüyü işlərdən, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və Azərbaycanın inkişaf yolundan bəhs olunub.