05.06.2026
İyunun 4-də Astara rayon Heydər Əliyev Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində “Əlil olan şəxslərin hüquqları ” mövzusunda sərgi və maarifləndirici tədbir keçirilib. Tədbirdə Mərkəzin direktoru Kübra Səmədova qeyd edib ki, fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında iştirakının mental və mənəvi stimullaşdırılması ictimai öhdəliklərdəndir. Həmçinin bildirib ki, əmək hüquqlarının qorunması və onlara əmək şəraitinin yaradılması qanunvericiliklə tənzimlənir. Daha sonra mövzu ilə bağlı digər iştirakçıların çıxışlar dinlənilib, videoçarx nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılar Astara Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.