01.06.2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Lerik rayon Mərkəzi Kitabxanasının həyətində bayram tədbiri təşkil olunub. Əvvəlcə uşaqlar üçün təşkil olunmuş kitab sərgisinə baxış keçirilib. Sərgidə nümayiş etdirilən nəşrlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra tədbirin bədii hissəsində uşaqlar rəqslər nümayiş etdirib, şeirlər səsləndirib və bir-birindən maraqlı çıxışlarla iştirakçılara xoş anlar yaşadıblar. Bayram ovqatında keçən tədbir uşaqların sevinc dolu anları ilə yadda qalıb. Sonda kitabxana əməkdaşları uşaqları bayram münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.