01.06.2026
Masallı rayon Mərkəzi Kitabxanasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Balaca ürəklərin böyük sevinci” adlı tədbir keçirilib. Tədbirdə uşaqlar bayram münasibətilə təbrik olunub, bu əlamətdar günün tarixi və əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam və xoşbəxt böyüməsi daim diqqət mərkəzində saxlanılır. Bədii hissədə uşaqların təqdim etdiyi rəngarəng çıxışlar tədbirə xüsusi ab-hava qatıb. Balacaların ifasında mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib, şeirlər söylənilib və maraqlı ədəbi-bədii kompozisiyalar təqdim olunub. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində uşaqlar üçün kitab sərgisi təşkil edilib və müxtəlif ustad dərsləri keçirilib. Bayram əhval-ruhiyyəsində keçən tədbir uşaqlara sevinc dolu anlar yaşadıb.