Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Xalq şairi Söhrab Tahirin 100 illik yubileyi qeyd olunub

22.05.2026

Lənkəran rayon Mərkəzi Kitabxana Sistemi və Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə Xalq şairi Söhrab Tahirin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatımızın unudulmaz siması” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli tədbirin əhəmiyyətindən danışaraq Söhrab Tahirin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və zəngin yaradıcılığı ilə yaddaşlarda əbədi yaşadığını vurğulayıb. O, belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm rol oynadığını qeyd edib. Daha sonra çıxış edənlər Xalq şairi Söhrab Tahirin həyat və yaradıcılığından bəhs edib, onun poeziyasının Azərbaycan ədəbiyyatına bəxş etdiyi mənəvi dəyərlərdən danışıblar. Tədbirin bədii hissəsində şairin qələmə aldığı şeirlər səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar ifa olub.