Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə Müstəqillik Gününə həsr olunmuş fərdi sərgi təşkil edilib

22.05.2026

Lerik Dövlət Rəsm Qalereyası və Lerik rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş fərdi sərgi təşkil olunub. Sərgidə Lerik şəhər 3 saylı tam orta məktəbinin IX sinif şagirdi Məhərrəmzadə Gülay Elnur qızı və Cəngəmiran kənd tam orta məktəbinin IX sinif şagirdi Qafarzadə Fatimə Valeh qızınin müxtəlif mövzu və janrlarda əl işləri nümayiş etdirilib. Ekspozisiyada 28 May – Müstəqillik Gününə həsr olunmuş yaradıcılıq nümunələri ilə yanaşı, digər mövzularda ərsəyə gətirilmiş əsərlər də yer alıb. Sərgi rayon ictimaiyyəti və məktəblilər tərəfindən maraqla qarşılanıb, ziyarətçilər gənc rəssamların yaradıcılıq nümunələrini yaxından izləmək imkanı əldə ediblər. Qeyd edək ki, sərgi ayın sonunadək davam edəcəkdir.