19.05.2026
Astara rayon Heydər Əliyev Mərkəzində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər milli, mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.Tədbirdə Astara rayon C. Cabbarlı adına tam orta məktəbin və X. Şəkərov adına Tüləgüvan kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Kübra Səmədova Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, muzeylər xalqın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini yaşadan mühüm mədəniyyət ocaqlarıdır. Bildirib ki, Azərbaycanda muzeylərin inkişafı və mədəni irsin qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Muzeylərin fəaliyyəti gənc nəslin tarixə və milli dəyərlərə bağlı ruhda formalaşmasında mühüm rol oynayıb. Daha sonra tədbir iştirakçılarının mövzu ilə bağlı çıxışları dinlənilib, muzeylərin tarixi və əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.