18.05.2026
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Lerik rayon Uzunömürlülər Muzeyində “Açıq qapı” günü təşkil edilib. Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, rayon sakinləri və digər qonaqlar gün ərzində muzeyi ziyarət ediblər. Muzeyə baxış zamanı ziyarətçilərə uzunömürlü sakinlərin həyat fəaliyyəti, onların maraqlı əl işləri və uzunömürlülüyün sirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, muzeylərin mədəni irsin qorunması və təbliğində mühüm maarifləndirici rol oynadığı bir daha diqqətə çatdırılıb.