18.05.2026
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində “Muzey tariximizdir” adlı tədbir keçirilib. Tədbirdə rayonun mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, gənclər və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak ediblər. Tədbirdə muzeylərin milli-mədəni irsin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslin maarifləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Sonda iştirakçıları üçün muzeydə ekskursiya təşkil olunub, onlara nümayiş etdirilən eksponatlar və tarixi materiallar barədə məlumat verilib, eyni zamanda muzey tərəfindən bir neçə əməkdaşa təşəkkürnamələr təqdim olunub.