Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Köklər və budaqlar” kitabının təqdimatı keçirilib

15.05.2026

Lerik rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərmiş, Lerik Uşaq İncəsənət Məktəbində direktor və pedaqoq kimi çalışmış Sultanağa Vəliyevin yeni çapdan çıxmış “Köklər və budaqlar” kitabının təqdimatı keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, Lerik rayonunun mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, müəllifin yaxınları və kitabxana əməkdaşları iştirak ediblər. Çıxış edənlər müəllifin çoxillik fəaliyyəti və yaradıcılığı barədə ətraflı məlumat verərək onun mədəniyyət və ədəbiyyat sahəsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər. Bildirilib ki, “Köklər və budaqlar” kitabı oxucular tərəfindən maraqla qarşılanacaq və ədəbi mühitə dəyərli töhfə verəcəkdir. Tədbir zamanı müəllifə xoş sözlər ünvanlanıb, gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər qazanması arzulanıb. Sultanağa Vəliyev də öz növbəsində tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, kitabın ərsəyə gəlməsi prosesi və məzmunu haqqında fikirlərini bölüşüb. Sonda xatirə şəkilləri çəkdirilib, müəllif tərəfindən imzalanmış kitablar tədbir iştirakçılarına təqdim olunub.