13.05.2026
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər ruhlu qəhrəmanlar” layihəsi çərçivəsində tədbir keçirilib.Tədbirdə kollecin müəllim və tələbə heyəti, muzey əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının Vətənə bağlılıq və milli birlik hissi ilə hər zaman seçildiyini bildiriblər. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin xalqın həmrəyliyi və igidlik ruhunun göstəricisi olduğu qeyd olunub. Həmçinin şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən danışılıb. Tədbirin sonunda tələbələrin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış bədii kompozisiya nümayiş olunub.