18.04.2026
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Tariximizi qoruyaq, gələcəyə ötürək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara şəhəri Z. Bünyadov adına 2 saylı orta məktəbin müəllimi Kamalə Fərzəliyeva və VII sinif şagirdləri iştirak ediblər. Çıxışlarda tariximizin və mədəni irsimizin qorunmasının vacibliyindən bəhs olunub, abidələrimizin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb. Şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşüb, maraqlı təqdimatlar və müzakirələr aparıblar.