Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi abidələr sərvətimizdir” mövzusunda sərgi və tədbir keçirilib

18.04.2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Astara rayon Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Tarixi abidələr sərvətimizdir” mövzusunda sərgi və tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin, YAP Astara rayon təşkilatının əməkdaşları, eləcə də Astara şəhər 5 saylı tam orta məktəbin, X. Şəkərov adına Tüləgüvan kənd tam orta məktəbin, Y. Ağayev adına Artupa kənd tam orta məktəbin və E. Ağayev adına Səncərədi kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas sütunlarından birini məhz tarixi-mədəni irs, o cümlədən tarixi abidələr təşkil edir. Onun sözlərinə görə, müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması mühüm vəzifələrdən biri kimi qarşıya çıxır. K. Səmədova həmçinin qeyd edib ki, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsin qorunması, tədqiqi və təbliği istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilib. Daha sonra digər iştirakçılar mövzu ətrafında çıxışlar edərək tarixi abidələrin qorunmasının əhəmiyyətini vurğulayıblar. Tədbir çərçivəsində mövzuya dair videoçarx da nümayiş etdirilib. Sonda iştirakçılar Astara rayon Heydər Əliyev Mərkəzinin “Elektron kitabxana”sında təqdim olunan kitab sərgisi ilə tanış olublar.