Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə şəhid Əliqismət Yaqublunun xatirəsi anılıb

18.04.2026

Aprelin 17-də Lerik rayon Mədəniyyət Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti, şəhid baş leytenant Əliqismət Mükafat oğlu Yaqublunun doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Çıxışlarda Əliqismət Yaqublunun Vətən müharibəsində göstərdiyi şücaətdən geniş şəkildə bəhs olunub, onun müxtəlif istiqamətlərdə gedən döyüşlərdə böyük igidlik, qətiyyət və vətənpərvərlik nümayiş etdirdiyi xüsusi vurğulanıb. Ardınca tədbir bədii hissə ilə davam edib. Sonda isə Lerik Dövlət Rəsm Qalereyasının direktoru, şəhid baş leytenant Əliqismət Yaqublunun atası göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. Qeyd edək ki, Əliqismət Yaqublu Daşaltının işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.