Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Qardaşlar” ev muzeyinə ziyarət təşkil olunub

03.04.2026

Aprelin 2-də Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı bölməsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar adları qeyd olunan müəssisələrin əməkdaşlarının və könüllü gənclərin Masallı rayonunun Viləş kəndində yerləşən Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə yaradılmış “Şəhid Qardaşlar” ev muzeyinə ziyarət təşkil olunub. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların keçdiyi şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Ziyarətçilər muzeydə qorunan şəxsi əşyalar, fotoşəkillər və digər eksponatlarla tanış olub, şəhidlərin həyatına dair məlumatlar əldə ediblər.