Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

19.03.2026

Martın 19-da Astara Rayon İcra Hakimiyyəti və Astara rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Astara rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə milli adət-ənənələri, kulinariya və tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə tanış olublar. Novruzun ənənəvi personajları – Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə bayram tonqalı alovlandırılıb. Bayram proqramı özfəaliyyət kollektivlərinin çıxışları, aşıq musiqisi, mahnı və rəqslərlə davam edib, idmançıların nümunəvi çıxışları isə tədbirə xüsusi rəng qatıb. Sonda tədbir Astara rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.