Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

04.03.2026

Cəlilabad rayon Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tələbələrin iştirak etdiyi tədbir həm maraqlı, həm də zəngin ədəbi-bədii məzmunla təqdim olunub. Tədbirdə şairin həyatı və yaradıcılığı barədə geniş məlumat verilib. Çıxışlarda bildirilib ki, Xaqani Şirvani klassik Şərq poeziyasının müxtəlif janrlarında yüksək sənətkarlıqla əsərlər yaradıb, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib və əsərləri bu gün də oxucular tərəfindən böyük maraqla qarşılanır. Tələbələr çıxışları diqqətlə dinləyərək Xaqaninin söz və fikətlərinin ədəbi-estetik dəyərini dərk edib və onun yaradıcılığı barədə daha dolğun təsəvvür formalaşdırıblar.