Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanı sözlə dəyişən insanlar”

03.03.2026

Martın 3-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ümumdünya Yazıçılar Gününə həsr olunmuş “Dünyanı sözlə dəyişən insanlar” adlı tədbir keçirilib. Tədbirdə rayonun tanınmış yazarları və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər. Tədbir başlamazdan öncə dünyasını dəyişən yazıçı və şairlərimizin, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov bildirib ki, bu gün yazarların həmrəyliyini, mətbuat azadlığını və yaradıcılıq azadlığını müdafiə edir, ədəbiyyatın və söz ustalarının dəyərini vurğulayan peşə bayramıdır. Sonra Əməkdar jurnalist, yazıçı-ssenarist Zakir Abbas, yazıçı-publisist Xodaşirin Cəbiyev (Cabbari), yazıçı-publisist Dilşad Nüsrətqızı, Yeni Həyat qəzetinin əməkdaşı Akif Ağayev, yazıçı-publisist Nazim Qərib, yazıçı-publisist Pərvanə Ziyadova və digərləri çıxışlarında bu əlamətdar günün yazıçıların yaradıcılıq yoluna işıq salmaq, ədəbiyyatın cəmiyyətin mənəvi inkişafındakı rolunu vurğulamaq və söz sənətinin dəyərini bir daha xatırlatmaq məqsədi daşıdığını qeyd ediblər. Bildirilib ki, bu cür tədbirlər gənc nəslin mütaliəyə marağının artırılmasına və ədəbi ənənələrin yaşadılmasına xidmət edir. Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbəsi Aynur Hacızadə geniş məruzəsi dinlənilib.