03.03.2026
Lənkəran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Hökumə Billurinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bir əsrin poeziya işığı” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, gənclər və tələbələr iştirak ediblər. Çıxış edənlər şairənin zəngin həyat və yaradıcılıq yolundan bəhs edib, onun Azərbaycan ədəbiyyatındakı mövqeyini, poeziyamıza verdiyi töhfələri və yaradıcılığının ideya-bədii xüsusiyyətlərini diqqətə çatdırıblar. Tədbirin bədii hissəsində LDU-nun tələbəsi Rahib Ağaməmmədli Xalq şairinin şeirlərini səsləndirib.