Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Mart – Ümumdünya Ucadan Oxu Günü

02.03.2026

Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində 2 Mart – Ümumdünya Ucadan Oxu Günü ilə əlaqədar "Ucadan oxu, ədəbiyyatı yaşat" mövzusunda tədbir keçirilib.Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova əlamətdar gün haqqında şagirdlərə məlumatlar verib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğun yaradıcılığına həsr olunan tədbirdə şagirdlər şairin əsərlərindən parçalar səsləndirərək oxu bacarıqlarını nümayiş etdiriblər. Eyni zamanda, iştirakçılar milli ədəbi irsə olan sevgilərini ifadə ediblər.