01.03.2026
Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində fevral ayı üzrə seminar-müşavirə keçirilib. Rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Mədəniyyət mərkəzinin direktoru Anar Kəkəyev tərəfindən ay ərzində görülən işlər və mövcud çatışmazlıqlar müzakirə olunub, xidmət səviyyəsinin yüksəldilməsi, əmək intizamının gücləndirilməsi və növbəti ayın fəaliyyət planı ilə bağlı müvafiq tapşırıqlar verilib.